Prezident İlham Əliyev: Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin

"O binaya mən şanlı Zəfərimizdən sonra, 2023-cü ilin oktyabrında gələndə ilk növbədə binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin".

Bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı Xankəndidə keçmiş icra hakimiyyətinin binasından danışarkən qeyd edib ki, həmin bina vaxtilə Azərbaycana qarşı təcavüzün, aqressiyanın və işğalçılıq siyasətinin mərkəzi olub.

İlham Əliyev əlavə edib ki, vaxtilə həmin binada fəaliyyət göstərən hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31