Aleksandr  Ata Tarix muzeyində

Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu  Aleksandr Ata Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Olaylar.az bildirir ki, Aleksandr  Atanı muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayıb. Qonaqlara  muzeydə yeni açılan Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik  sənətinin şah əsərləri” sərgisində və muzeyin ekspozisiya zallarında  ekskursiya aparılıb.

Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu  Aleksandr Ata Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Olaylar.az bildirir ki, Aleksandr  Atanı muzeyin direktoru, akademik Nailə Vəlixanlı qarşılayıb. Qonaqlara  muzeydə yeni açılan Qazaxıstanın "Böyük çölün mirası. Zərgərlik  sənətinin şah əsərləri" sərgisində və muzeyin ekspozisiya zallarında  ekskursiya aparılıb. Bakının arxiyepiskopuna muzeyin bütün dövrlərini  əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib. Şərq və  Avropanın sintezinin özündə cəmləşdirən muzeyin möhtəşəm binası və  zalları qonaqların xüsusi marağına səbəb olub. Sonda Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının  arxiyepiskopu Aleksandr Ataya muzeyin nadir inciləri - kataloqlar,  bukletlər hədiyyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31