Prezident İlham Əliyev: Bu gün biz azad Qarabağda qurub-yaradırıq

Bu gün biz azad Qarabağda qurub-yaradırıq.

Bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31