Elçin Şirinov və Andras Des Trio konserti - Muğam Mərkəzində
“Baku Summer Jazz Days” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu Elçin Şirinov və Macarıstanın “Andras Des Trio” qrupu konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, konsertdə müəllif kompozisiyaları və populyar caz-hitlər səsləndirilib.
6 İyun 2018 08:46 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Baku Summer Jazz Days" Beynəlxalq Caz festivalının açılışı keçirilib
Beynəlxalq Muğam Mərkəzində " Baku Summer Jazz Days" Caz Festivalı çərçivəsində caz dünyasında tanınmış truba ifaçılarından biri Avişhai Cohen çıxış edib.
Olaylar.az bildirir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə Premier Art Management prodüser agentliyinin təşəbbüsü ilə keçirilir.
Baku Summer Jazz Days hər il yayın ilk ayının birinci yarısında ənənəvi olaraq keçiririlir. Mərkəzin foyesində Baku Summer Jazz Days festivalına uyğun olaraq caz musiqisinə həsr olunmuş rəsm sərgisi tamaşaçılara təqdim olunub. Mərkəzin səhnəsində baş tutan konsertin ilk günündə Mədəniyyət Naziri Əbülfəz Qarayev, ABŞ və İsrail səfirliklərinin nümayəndələri iştirak edirdilər.
Tədbirin rəsmi hissəsində İsrailin Bakıdakı səfiri Dan Stav çıxış edərək Baku Summer Jazz Days festivalını keçirən təşkilatçılara minnətdarlığını bildirdi. Qeyd etdi ki, Baku Summer Jazz Days musiqisevərlər və çıxış edən ifaçılar üçün olduqca əhəmiyyətlidir.
Tanınmış teleaparıcı Rahib Azərinin aparıcılığı ilə keçən konsertdə Avişhai Cohen və onun məşhur kvarteti Yonathan Avişay (fortepiano), Barak Mori (bas) və Ziv Ravitsz (zərb alətləri) caz üslubunda ifalarını tamaşaçılara təqdim etdilər.
Konsert cazsevərlər tərəfindən maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Baku Summer Jazz Days-in proqramına müxtəlif ölkələrdən olan musiqiçilərin iştirakı ilə 4 konsert daxil edilib. İfaçılardan hər biri müxtəlif caz üslublarında çıxış edəcək. Konsertlərdən əlavə, həmçinin ustad dərsləri də keçiriləcək.