Mədəniyyət

Nazir Haciqabulda vətəndaşları qəbul edəcək

7 Dekabr 2018 13:45

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin dekabr ayının 14-də, saat 11ºº-da Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək.

Opera və Balet Teatrında PREMYERA

7 Dekabr 2018 13:31

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası keçiriləcək.

Mahsun Kırmızıgül Xanım Qafarovanın qızını da çəkdiyi filmi ilə Türkiyəni ağladacaq - VİDEO

7 Dekabr 2018 12:54

Mahsun Kırmızıgülün rejissorluğu ilə real hadisələr əsasında çəkilən “Möcüzə aşk” filminin fraqmanı yayılıb.

Musiqili Teatrda həftəsonu

7 Dekabr 2018 12:41

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Olaylar.az bildirir ki, teatr dekabr ayının 8-də "Molla Nəsrəddinin beş arvadı” və 9-da “Baladadaşın toy hamamı” əsərlərini təqdim edəcək.

Həftəsonu teatr nələr vəd edir

7 Dekabr 2018 11:57

Yarıməsrlik şanlı yubileyini təntənəli surətdə qeyd etmiş Sumqayıt Dövlət Dram Teatrı yeni yaradıcılıq mərhələsinə qədəm qoymuşdur.

“Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq seminar-təlim keçirilib

6 Dekabr 2018 18:04

Mədəniyyət Nazirliyinin sifarişi, Şəki və İsmayıllı Regional Mədəniyyət İdarələrinin təşkilati dəstəyi ilə bu günlərdə Zaqatala rayonu Suvagil kənd folklor evində və Ağsu rayonu Çiyni kənd klubunda “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq təlim-seminar keçirilmişdir.

Bölgələdə beynəlxalq seminar

6 Dekabr 2018 16:51

Mədəniyyət Nazirliyinin sifarişi, Şəki və İsmayıllı Regional Mədəniyyət İdarələrinin təşkilati dəstəyi ilə bu günlərdə Zaqatala rayonu Suvagil kənd folklor evində və Ağsu rayonu Çiyni kənd klubunda “Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq təlim-seminar keçirilib.

Füzuli ilə Əliağa Vahidin fərqi nə idi?

6 Dekabr 2018 13:36

Zəngin Şərq ədəbiyyatının ən qədim və kütləvi janrlarından biri də qəzəldir. Klassik Şərq ədəbiyyatında bu janra müraciət etməyən məşhur şair tapmaq çox çətindir. S.Şirazi, Əbu Nəvas, Nizami, Nəsimi, Nəvai və s. kimi klassik şairlər bu janrın ən gözəl nümunələrini yaratmışlar.

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

5 Dekabr 2018 15:06

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert görkəmli tarzən və bəstəkar, xalq artisti Hacı Xanməmmədovun yaradıcılığına həsr olunub. Olaylar.az xəbər verir ki, tədbir Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Gənc Tamaşaçılar Teatrında “Bremen musiqiçiləri”nin premyerası olub

5 Dekabr 2018 13:05

Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun «Bremen musiqiçiləri» pyesi əsasında eyniadlı tamaşanın premyerası olub. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssam Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradova, rejissor Gülnar Hacıyevadır.

Üzeyir Hacıbəylinin nəvələri Azərbaycana gəlir

4 Dekabr 2018 18:08

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlir. “OLAYLAR”-a daxil olan məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər