Həftəsonu teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, teatr dekabr ayının 14-də saat 19:00-da "Nuri-didə Ceyhun” (Ə.Əmirli), 15-də saat 12:00 və saat 19:00-da “Ər və arvad” (Ü.Hacıbəyli), 16-da saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və Min bir gecə nağıllarının motivləri əsasında) əsərlərini təqdim edəcək.

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, teatr dekabr ayının 14-də saat 19:00-da "Nuri-didə Ceyhun" (Ə.Əmirli), 15-də saat 12:00 və saat 19:00-da "Ər və arvad" (Ü.Hacıbəyli), 16-da saat 19:00-da "999-cu gecə" (F.Əmirovun musiqiləri və Min bir gecə nağıllarının motivləri əsasında) əsərlərini təqdim edəcək.

Teatr kollektivi balaca teatrsevərlərə dekabrın 14-də saat 11:00-da "Bremen musiqiçiləri və Pen" (C.Barri, Qrim qardaşları), 16-da saat saat 11:30-da "Qoğalın məcaraları" (Rus xalq nağılı, rus dilində) və 14:00-da "Yatmış gözəl və cırtdanlar" (Ş.Pero, səhnələşdirən A.Sadıqov) musiqili əyləncəli nağıl tamaşalarını göstərəcək.

Nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar ifa edirlər.

Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31