Mədəniyyət

Bibisi ilə analiz Ayşənin Hüseyn Dəryanın qızı olmasını təsdiqləmədi

7 Mart 2019 10:49

Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın qızı Ayşə "Bizimləsən" proqramına qatılıb və atasının digər övladı Cahangirdən DNT analizi istəyib.  Reperin keçmiş həyat yoldaşı Sona onun istəyindən imtina edib. Ayşə isə ilk olaraq özü bibisi ilə analizə gedərək, Dəryanın qızı olduğunu sübut etməyə çalışıb. 

"Dəb mənəm" niyə yayımdan qaldırıldı? - Vüsalə açıqladı

7 Mart 2019 10:08

Aparıcı Vüsalə Əlizadənin ATV-də yayımlanan "Dəb mənəm" proqramının yayımı dayandırılıb.  Artıq bir neçə müddətdir ki, veriliş efirə getmir.  Vüsalə əməkdaşımızla söhbətində bildirib ki, sponsorla problem olub:

UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi - Muğam Mərkəzində

7 Mart 2019 10:06

Martın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi qeyd edilib. Olaylar.az bildirir ki, tədbirdən əvvəl Muğam Mərkəzinin foyesində xalq çalğı alətləri ansamblının çıxışı və gənc rəssamların Azərbaycan mədəniyyətinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgi təqdim olunub.

Nobel mükafatında bir ilk

7 Mart 2019 01:01

Gənc muğam ifaçıları  “Muğamat var olan yerdə” layihəsində

6 Mart 2019 14:16

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Olaylar.az bildirir ki, layihə çərçivəsində Televiziya Muğam Müsabiqələrinin qalibləri Səbinə Ərəbli, Almaxanım Əhmədli və Pərviz Qasımov öz proqramları ilə çıxış ediblər.

Uşaq Filarmoniyası Xalq Çalğı Alətləri orkestri ilə birgə çıxış edib

6 Mart 2019 13:40

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, proqramda Azərbaycan bəstəkarlarının Xalq Çalğı Alətləri Orkestri üçün yazdığı əsərlər yer alıb. Orkesrt və solistlərin ifasında Azərbaycan bəstəkarlarının həm solo, həm instrumental, həm də vokal-instrumental əsərləri konsertə rəngarənglik qatdı. Proqram Azərbaycan musiqisinin qurucusu, dahi Üzeyir bəyin “Koroğlu” operasından olan Cəngi ilə açılıb.

Sumqayıtlı bahar qızların əsərləri Sənət Mərkəzində 

6 Mart 2019 11:21

Mart ayının 9-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar Ittifaqı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi, Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları ilə “Nəsimi ili” çərçivəsində ruzi bərəkət bayramımız olan Novruzu yaşamaq və yaşatmaq məqsədi ilə “Sumqayıtlı bahar qızları Bakıda” adlı sərgi-tədbir keçiriləcək.

Fiziki məhdudiyyətli şəxslər Tarix Muzeyini ziyarət edəcəklər

6 Mart 2019 11:04

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Sumqayıt şəhərindəki “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək” İctimai Birliyinin bir qrup üzvü üçün ekskursiya təşkil olunub.