Mədəniyyət

Mədəniyyət naziri  YUNESKO-nun baş direktoru Odri Azule ilə görüşdü

28 Mart 2019 10:53

Nazir Əbülfəs Qarayev YUNESKO-dakı iclaslarda iştirak etmək məqsədilə Fransada səfərdədir. Olaylar.az bildirir ki, səfər çərçivəsində nazir YUNESKO baş direktoru Odri Azule ilə görüşüb. Görüşdə Azərbaycan YUNESKO əlaqələrinin hazırkı vəziyyəti, cari ilin 2-3 may tarixində YUNESKO-nun əsas tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılmışdır.

Qubada Soyqırımı Günü ilə bağlı anım mərasimi və konfrans keçiriləcək

28 Mart 2019 10:49

Martın 31-də Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi və konfrans keçiriləcək. Olaylar.az bildirir ki, konfrans Mədəniyyət Nazirliyi, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

“Tanrıya 14 məktub” tamaşasının premyerası oldu

28 Mart 2019 10:45

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanmış “Tanrıya 14 məktub” tamaşasının premyerası olub.

Məşhur amerikalı yazıçı ilə görüş keçiriləcək - Muğam Mərkəzində

28 Mart 2019 10:32

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçiriləcək.  

Azərbaycan musiqisi Stanford Universitetində səsləndi

28 Mart 2019 10:28

Şimali Kalifroniyada yerləşən, ABŞ-ın və dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Stanford Universitetində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə Azərbaycan musiqisi təqdim olunub. Olaylar.az bildirir ki, ABŞ-da yaşayan və sözügedən universitetdə Azərbaycan və Mərkəzi Asiyanın türkdilli xalqlarının musiqisini tədris edən azərbaycanlı tanınmış kamança ustası İmamyar Həsənov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, tar ifaçısı Rüfət Həsənovun təqdimatında keçirilən konsertdə Stanford Universitetin tələbələri müxtəlif musiqi alətlərində Azərbaycan musiqisindən nümunələr ifa ediblər.

Əliqismət Lalayev Minskə səfər edib

28 Mart 2019 10:02

28 mart - 2 aprel tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rejissor Əliqismət Lalayev Belarusiya Dövlət Akademik Musiqili Teatrının direktoru Aleksandr Petroviçin dəvətilə Minskdə səfərdə olacaq.

Mədəniyyət naziri Ümumdünya İrs Komitəsinin sədri qismində çıxış etdi

28 Mart 2019 09:58

Parisdə YUNESKO baş qərargahında YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclası keçirilmişdir. Olaylar.az bildirir ki, iclasda təşkilatın Baş Konfransının prezidenti Zahour Alaoui çıxış edərək iclasın əsas məqsədinin YUNESKO-nun konvensiyalarının müvafiq idarəetmə orqanlarının işçi metodlarının, prosedurların və idarəetmə vəziyyətlərinə dair işçi qruplarının müvafiq tövsiyə və təkliflərinin müzakirə edilməsindən ibarət olduğunu bildirmişdir.

Nəsiminin 650 illiyi ölkədə və xaricdə qeyd olunacaq

27 Mart 2019 13:14

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il İmadəddin Nəsiminin   anadan olmasının 650 illiyi müxtəlif tədbirlərlə qeyd olunur. Olaylar.az bildirir ki, həmçinin dövlət başçısının daha bir sərəncamı ilə 2019-cu il  ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilib.

"Muğam- 2019" Televiziya Müsabiqəsi davam edir

27 Mart 2019 13:02

Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən "Muğam - 2019" Televiziya Muğam Müsabiqəsinin  növbəti tədbiri keçirildi.  Olaylar.az bildirir ki, müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.