Bibimin uşağı olmurdu, anam məni ona verib - Sərxan Kərəmoğlu
27 Mart 2019 16:34 Mədəniyyət"Anam 13 yaşında vəfat edib".
"Anamın ürəyində problem olub, xəstə idi. Məni doğanda vəziyyəti pisləşib və uşağa baxmaq qabiliyyəti olmayıb".
Bu sözləri aparıcı, aktyor Sərxan Kərəmoğlu "Boş anlar" verilişində deyib.
O bildirib ki, onu doğma anası bibisinə verib:
"Bibimin övladı yox idi, məni götürüb saxlayıb. Anam 13 yaşında vəfat edib. Baldız-gəlin arasında arada dava da olurdu. Ata-anam kimdir bilirdim. Amma bibimin bir kəlməsi mənim üçün qanun idi".
aznews
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31