Mədəniyyət

Gəncədə müşavirə

29 Mart 2019 12:00

Gəncədə  Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı  beynəlxalq təcrübə əsasında müəssisələrin idarə olunmasında müasir üsulların formaları və innovativ idarəçilik metodlarının bölgələrdə tətbiqi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Olaylar.az bildirir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin rəsmiləri, regional mədəniyyət idarələrinin rəisləri, kitabxanaların, incəsənət və musiqi məktəblərinin direktorları, həmçinin ayrı-ayrı mədəniyyət müəssisələrinin, bədii və özfəaliyyət kollektivlərinin rəhbərləri iştirak ediblər.

"Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının ilk ünvanı Gəncə

29 Mart 2019 11:56

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının bu il ilk ünvanı Gəncə şəhəri olub. Olaylar.az bildirir ki, əsl mədəniyyət bayramına çevrilən festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır.

Muğam Mərkəzində möhtəşəm Nəsimi gecəsi

29 Mart 2019 11:52

Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin  “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin  Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçirilib. Olaylar.az bildirir ki, tədbirin əvvəlində  Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış etdi.

İsveçrəli musiqiçilər Muğam Mərkəzində çıxış edəcəklər 

29 Mart 2019 11:28

Martın 30-da  Beynəlxalq  Muğam Mərkəzində saat 19.00-da isveçrəli musiqiçilər Mark Aymon və Efraim Salzman tamaşaçıların önündə çıxış edəcəklər.  Olaylar.az bildirir ki, İsveçrə Səfirliyi Frankofoniya həftələri layihəsi çərçivəsində  “Ah gözəl yay! Əbədi nəğmələr” adlı  konsertdə   gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazkar mahnıları ifa edəcəklər. Bu cütlük keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların qəlbini fəth edib.

Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalandı

29 Mart 2019 11:22

Mədəniyyət naziri Əbülfəs Qarayevin YUNESKO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə YUNESKO arasında 2019-cu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalamışdır.

Bəhram Bağırzadə vayner olaraq kimlərdən nə öyrəndi?

28 Mart 2019 15:33

Əməkdar artist Bəhram Bağırzadə vayner fəaliyyətinə necə başladığını açıqlayıb. Olaylar.az bildirir ki, Primetime video müsahibə verən Bağırzadə ilk dəfə oğlu ilə birgə kiçik videolar çəkib sosial şəbəkələrə yerləşdiyini açıqlayıb.

Nazir müavini Qətər Milli Muzeyinin yeni binasının açılış mərasimində 

28 Mart 2019 15:03

Qətər dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Al Saninin himayəsi altında Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Muzeyinin yeni binasının təntənəli açılış mərasimi keçirilmişdir. Olaylar.az bildirir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva təmsil etmişdir. Muzeyin rəsmi açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Sani çıxış edərək Qətərin tarixi, onun mədəniyyəti və zəngin irsi haqqında qısa məlumat vermişdir.

Tarixi Muzeyində elmi seminar

28 Mart 2019 13:04

Martın 29-da  AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında “Elm Günü” ilə əlaqədar “Azərbaycanda orta əsrlərdə elm və mədəniyyət" mövzusunda elmi seminar keçiriləcək.