Müğənni Tomas Anders Bakıya gəlir

"Modern Talking" qrupunun solisti olmuş məşhur müğənni Tomas Anders Bakıya gəlir.

Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, müğənni mayın 7-də mərkəzdə  "Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert proqramında ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.

Qeyd edək ki, sənətçi 1963-cü il martın 1-də Almaniyada doğulub. Uşaq yaşlarından musiqiyə maraq göstərib, fortepiano dərsləri alıb, gitara çalmağı öyrənib. 1980-ci ildə onun ilk musiqi diski işıq üzü görüb. 

1982-ci ildə Tomas məşhur müğənni və bəstəkar Diter Bolenlə tanış olur və bu tanışlıq onun həyatında həlledici rol oynayır. Hazırladıqları ilk disk alman hit-paradında 6-cı yeri tutur və 30 min tirajla satılır. 1984-cü ildə dostlar "Modern Talkinq" qrupunu yaradırlar. Məşhur "You My Heart" ("Sən mənim həyatımsan) və "You My Soul" ("Sən mənim qəlbimsən") mahnıları məhz o dövrdə yaranır. Sonrakı 3 ildə onların 6 albomu işıq üzü görür və 42 milyon tirajla satılır. "Modern Talkinq" dünyada, o cümlədən keçmiş SSRİ-də misilsiz şöhrət qazanır.

1987-ci ildə "Modern Talkinq" qrupu parçalanır. Tomas Anders Avropa ölkələrində tək solist kimi çıxış etməyə başlayı1998-ci ildə Tomas Anders - Diter Bolen dueti bərpa olunur. Onlar birlikdə konsert turları təşkil edirlər. Ancaq 5 ildən sonra dostlar yenidən ayrlırlar. Son zamanlar Tomas Anders yeni layihələr üzərində işləyir, tanınmış müğənnilərə mahnılar yazır və onlara prodüserlik edir. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31