Mədəniyyət

Bakı Yunus Əmrə İnstitutunda tələbələrin əsərlərindən ibarət sərgi

27 May 2019 13:40

Mayın 31-də Bakı Yunus Əmrə İnstitutu və BUSMEK-in birgə əməkdaşlığı ilə institutda ebru, tezhib və çini kursları bitirən tələbələrin əsərlərindən ibarət sərgi açılacaq.

Zülfüqarovun 90 illiyi qeyd ediləcək

27 May 2019 13:01

Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, “Şöhrət” ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 ili tamam olur.

İsmayıl Şıxlının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək

27 May 2019 12:56

Mayın 30-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcəkdir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2019-cu il tarixli, 906 nömrəli Sərəncam imzalamışdır.

“Uşaq kinosu həftəsi” və xeyriyyə tədbiri keçiriləcəkdir

27 May 2019 12:51

1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Olaylar.az bildirir ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Mədəniyyət Nazirliyinin və Bakı Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində  cari il mayın 27-dən 31-dək “Uşaq kinosu həftəsi” və mayın 30-da Nizami Kino Mərkəzində xeyriyyə tədbiri keçiriləcəkdir.

Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub

27 May 2019 11:04

Mədəniyyət naziri Əbülfəs Qarayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan rayonu ərazisində yerləşən Diri Baba türbəsində olublar.

Fotoqrafika sərgisi keçiriləcək -  "Zəriflik"

27 May 2019 10:50

Mayın 27-də, saat 15:00-da  Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə 28 May Respublika Gününə həsr olunmuş "Zəriflik" adlı fotoqrafika sərgisi keçiriləcək.

Musa Yaqub xəstəxanadan evə buraxılıb

27 May 2019 10:28

Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb. Bu barədə məlumatı qızı Yaqut Yaqubova verib. O bildirib ki, hazırda şairin vəziyyəti stabildir:

Əməkdar artist: Bu, bütövlükdə teatr sənətinə verilən qiymətdir

27 May 2019 10:25

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən mənə verilən bu yüksək fəxri ad mənim uzun illərdən bəri yaradıcılığıma, sənətimə verilən böyük qiymət və dəyərdir. Bunu açıqlamasında tanınmış sənətçi, Əməkdar artist Nadir Xasıyev deyib.

Muzey direktoru mükafatlandırıldı

27 May 2019 10:21

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev “Azərbaycanda təsviri incəsənətin inkişafında, milli-mədəni irsimizin qorunması və xarici ölkələrdə təbliği sahəsində böyük xidmətlərinə, Respublikada layiqli, “yüksəkmədəniyyətli insanlar cəmiyyətinin” inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə” “Simurq” beynəlxalq medalı ilə təltif olundu

“Bu, mənim Vətənimdir!” adlı foto müsabiqə

27 May 2019 10:13

  "IRS" jurnalı və Azərbaycan Fotoqraflar Birliyi “Bu, mənim Vətənimdir!” adlı foto müsabiqəsini elan edir. Olaylar.az bildirir ki, müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək: "Mənim diyarım". Kənd mənzərələri, ən əhəmiyyətli turizm obyektləri, memarlıq və tarixi abidələr; "Mənim şəhərim". Şəhər mənzərələri;

"Eurovision 2020" ilə bağlı son xəbər - BU ÖLKƏ İMTİNA ETDİ

26 May 2019 17:46

"Eurovision 2020" ilə bağlı son xəbər - BU ÖLKƏ İMTİNA ETDİ

Qalmaqallı rokçulardan İsraili qəzəbləndirəcək daha bir addım

24 May 2019 17:28

Qalmaqallı rokçulardan İsraili qəzəbləndirəcək daha bir addım

Teatrda VAKANSİYA 

24 May 2019 16:30

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı müsabiqə elan edir. Olaylar.az bildirir ki, teatr aşağıdakı ixtisaslar üzrə işə qəbulla bağlı müsabiqə elan edir: 1. Aktyorluq sənəti üzrə (azərbaycan və rus bölməsi)

Kukla Teatrında premyera -  “Bizim Don Kixot”

24 May 2019 16:02

İyunun ortalarında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında mərhum dramaturq Rəhman Əlizadənin “Don Kixot Abşeronski” pyesi əsasında hazırlanan “Bizim Don Kixot” tamaşasının premyerası keçiriləcək. Olaylar.az bildirir ki, müzkl kimi hazırlanan tragikomik tamaşanın səhnələşdirəni Rəhman Əlizadə, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Pərvin Abıyeva keçmiş sevgilisinin ailəsinə görə ölkədən gedib? – AÇIQLAMA

24 May 2019 15:31

Pərvin Abıyeva keçmiş sevgilisinin ailəsinə görə ölkədən gedib? – AÇIQLAMA