Zülfüqarovun 90 illiyi qeyd ediləcək
Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, “Şöhrət” ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 ili tamam olur.
27 May 2019 13:01 MədəniyyətMayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, "Şöhrət" ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 ili tamam olur.
Olaylar.az bildirir ki, ununla əlaqədar mayın 31-də saat 12.00-da İkinci Fəxri Xiyabanda Oqtay Zülfüqarovun doğum günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaq. Həmin gün saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev), solistlər - Əməkdar artist Aleksey Miltıx (violonçel), Əminə Zülfüqarova (fleyta) və başqaları iştirak edəcəklər.
4 iyun 2019-cu il tarixində saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Oqtay Zülfüqarovun 90 illiyinə həsr olunmuş daha bir tədbir keçiriləcəkdir.
Qeyd edək ki, Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqust ayının 31-də ömrünün 87-ci ilində vəfat etmişdir.