Musa Yaqub xəstəxanadan evə buraxılıb
Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb. Bu barədə məlumatı qızı Yaqut Yaqubova verib. O bildirib ki, hazırda şairin vəziyyəti stabildir:
27 May 2019 10:28 MədəniyyətXalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb. Bu barədə məlumatı qızı Yaqut Yaqubova verib. O bildirib ki, hazırda şairin vəziyyəti stabildir:
"Atama çox hərəkət olmaz. Fəxri ad verilən gün çox ziyarət edən oldu, yorulmuşdu. Belə olan halda da təzyiqi çox aşağı düşür. Xəstəxanaya apardıq. Sistem köçürüldü, hazırda səhhəti əvvəlki kimidir. Dünən evə gətirmişik, dincəlir".
Xatırladaq ki, M. Yaqub bir neçə gün öncə Xalq şairi fəxri adını alıb. Daha sonra özünü narahat hiss edən şair İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31