Telli Borçalını canlı yayımda pərt elədilər
12 May 2014 13:23 Mədəniyyət ANS-in "Bazar səhəri Rövşanə ilə" verilişində qonaq olarkən Telliyə sənətçi həmkarı müğənni Cəmilə tərəfindən mesaj gəlib: "Tellini heç vaxt evimdə gəlin görmək istəməzdim. İki oğlum var, evlidir, amma Tellini onlara almazdım". Bu sözlərdən alınan Telli Cəmiləyə ironiya ilə bu sözləri deyib: "Sən Allah, məni oğluna al, nə olar. Ay Cəmilə, sən efirə çıxan kimi hamı sinov gedir səndən ötəri". Veriliş boyu pərtliyini gizlədə bilməyən Tellinin ürəyi soyumayıb, Cəmiləyə şeirlə də cavab verib: "Qoy məni el desin, el tərifləsin, sən kimsən ki?" publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31