Dilarə uğurla çıxış edib
“Eurovision 2014” təmsilçimiz “Start a fire” mahnısını təqdim edib
11 May 2014 08:10 MədəniyyətDünən Danimarkanın paytaxtı Kopenhagendə "Eurovision 2014" mahnı müsabiqəsinin final mərhələsi keçirilir.
ANS PRESS-in məlumatına görə, Azərbaycanın "Eurovision 2014" mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova yarışmanın final mərhələsində üçüncü nömrə altında uğurla çıxış edib.
Dilarə Kazımova isveçli Stefan Örnün bəstələdiyi "Start a fire" mahnısını təqdim edib.
Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı qutuda təcəssüm olunur, insanlar bir-birinə, ətrafındakılara qarşı daha duyğulu olmağa çağırılır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır.
Qeyd edək ki, finalda iştirak edən 26 ölkənin səhnəyə çıxma ardıcıllığı belədir: Ukrayna, Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Hollandiya, San-Marino və Böyük Britaniya.