Hürrəm Sultan qayıdır

"Muhteşem yüzyıl" bədii film kimi ekrana qayıdır

Gələn ay ekranlara vida etməyə hazırlaşan türk serialı "Muhteşem yüzyıl" bədii film olaraq ekrana gələcək. ANS PRESS-in məlumatına görə, Azərbaycanda da geniş tamaşaçı kütləsinə malik olan "Muhteşem yüzyıl" bir necə seriyadan sonra final edəcək.Filmin rejissoru Timur Savcı uzun müddət tətil etməyi planlaşdırırdı. Lakin serialın yayımlandığı 50 ölkədən gələn tələb onu yenidən işə başlamağa sövq edib. Belə ki, serialın aktyorları ilə yeni bədii film üçün razılıq əldə edilib. Rejissor Sultan Süleyman Qanuninin cariyəsi rolu üçün yenidən Məryəm Üzərliyə müraciət edib."Tükənmişlik" sindromu səbəbilə serial çəkilişlərini yarımçıq qoyaraq Almaniyaya qayıdan və fevral ayında ana olan aktrisa təklifə müsbət cavab verib.Qanuni rolunun ifaçısı Halit Ergenç əvvəlcə bu təklifə soyuq yanaşıb. Mətbuatda yer alan məlumata görə, o rejissora birbaşa yox deyə bilməyib. Bunun üçün də ondan astronomik qonorar tələb edib. T.Savcı təklifə müsbət cavab verdiyi üçün H.Ergenc də filmə razılaşmalı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31