Bu gün “Eurovision-2014” mahnı müsabiqəsində ikinci yarımfinal olacaq

Bu mərhələdə 15 ölkənin nümayəndələri səhnə kostyumlarında çıxış edəcəklər

Bu gün "Eurovision-2014" mahnı müsabiqəsində ikinci yarımfinaldır. Mayın 8-də "Eurovision-2014" mahnı müsabiqəsində ikinci yarımfinal mərhələsi keçiriləcək.  Bu mərhələdə 15 ölkənin nümayəndələri səhnə kostyumlarında çıxış edəcəklər. İkinci yarımfinalda iştirakçı ölkələrlə yanaşı Almaniya, Fransa və Böyük Britaniyadan olan peşəkar münsiflər heyəti səs verəcək. Onların səsləri ümumi səslərin 50 faizini təşkil edəcək. Hər münsiflər heyəti sədrdən və 5 üzvdən ibarətdir. Münsiflər heyətlərinin hər bir üzvü hər ölkəyə 1-dən 12-yə qədər səs verə bilər.

Səhnədə əvvəlcə Maltanın "Firelight" folklor qrupu, sonra ardıcıl olaraq İsrail, Norveç, Gürcüstan, Polşa, Avstriya, Litva, Finlandiya, İrlandiya, Belarus, Makedoniya, İsveçrə, Yunanıstan, Sloveniya və Rumıniya nümayəndələri çıxış edəcəklər.

Finalda yalnız 10 ölkənin nümayəndələri yarışacaqlar. İkinci yarımfinaldan sonra püşkatma keçiriləcək və şənbə günü mayın 10-na təyin edilmiş finalda müsabiqə iştirakçılarının hansı ardıcıllıqla çıxış edəcəkləri müəyyən olunacaq.

Xatırladaq ki, Azərbaycanı bu mötəbər musiqi yarışında təmsil edən Dilarə Kazımova finala vəsiqə qazanıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31