Janna Friskenin gələcək taleyi haqqında sensasion xəbər

Nə qədər inanılmaz olsa da, bu faktdır.  Məlum olduğu kimi, tanınmış rusiyalı müğənni Janna Friske kəllə beyninin xərçəngindən müalicə olunur. ABŞ-da həyata keçirilən müalicə artıq başa çatmaq üzrədir.  Həkimlər deyirlər ki, müğənni qəbul etdiyi müalicə kursundan sonra artıq özünü yaxşı hiss edir. Bununla yanaşı, bir müddət vətənində də reabilitasiya kursu keçməlidir.  Həkimlərin verdiyi xəbər Janna Friskenin pərəstişkarlarını sevindirəcək. Çünki tanınmış müğənni müalicəsini başa vurduqdan sonra karyerasını həm səhnədə, həm də televiziyada davam etdirə biləcək.  Müğənnini nano peyvəndlərlə müalicə edirlər. Bu dərmanlar artıq kəllə beyninin xərçənginin müalicəsi zamanı özünü müsbət tərəfdən göstərib.  Bu yaxınlara qədər heç kim güman etməzdi ki, Janna sağalaraq normal həyata geri dönə biləcək. Ancaq möcüzə baş verdi. Janna xərçəngə qalib gəldi. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31