ADGTT-nın aktyoru Fransaya səfər edəcək...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Rasim Cəfərovun rol aldığı "Torn" qısametrajlı filmi Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaq. Festivalın "Rejissor həftəliyi" proqramına daxil edilmiş filmin rejissorları Elmar İmanov və Engin Kundağdır. İki dünya haqqında qısametrajlı filmdə bugünkü Bakının fonunda iki insanın - ata və oğulun həyatından bir epizod təqdim olunur... Film Azərbaycanın "Fil Production" və Almaniyanın "Color of May" şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. May ayının 14-dən - 25-dək davam edəcək festivalda iştirak etmək üçün aktyor bu günlərdə Fransaya yola düşəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31