“Səma” rəqs qrupu Türkiyədə olub

Bakı şəhəri 24 № - li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin "Səma" rəqs qrupu Türkiyə Cümhuriyyətində təşkil edilən  Çocuk festivallarında uğurla iştirak edib. İzmir və İstanbul şəhərlərində təşkil edilən bu festivallara Rusiya, Ukrayna, İndoneziya, Şimali - Kipr, Malayziya, Qazaxıstan və digər ölkələrdən də rəqs qrupları qatılıblar.

Festivala qatılan qruplar, eləcə də "Səma" rəqs qrupu müxtəlif tədbirlər çərçivəsində təmsil etdikləri xalqların mədəniyyəti və adətlərini nümayiş etdirib, tarixlərini və milli - mənəvi dəyərlərini öz həmyaşıdları ilə bölüşüblər. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31