Hadisə ilə Mustafa Cecelinin azərbaycanlılara sürprizi VIDEO

Türk sənətçiləri “Sən elə bir zirvəsən” mahnısını oxudular

 Məşhur türk müğənniləri Hadisə və Mustafa Cecelinin dünən Azərbaycanın Gəncə şəhərində konsert proqramı ilə çıxış ediblər.  Bayram konserti Heydər Əliyevin 91 illik ad günü və "Gül bayramı" münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.  

Səhnəyə ilk olaraq Mustafa Ceceli çıxıb. O, bir saata yaxın gəncəlilər qarşısında hit mahnılarını ifa etdikdən sonra, səhnəni Hadisəyə təhvil verib. Hadisə tamaşaçılara sevilən mahnılarını, eləcə də ona məşhurluq gətirən "Düm tək-tək" mahnısını təqdim edib. 

Konsertin sonu maraqlı məqamlarla yadda qalıb. Azərbaycanlıları sevdiyini söyləyən Hadisə, Mustafa Ceceli ilə birlikdə Azərbaycan tamaşaçılarına sürpriz hazırladıqlarını bəyan edib. Hadisə həmkarını səhnəyə dəvət etdikdən sonra onunla birlikdə Heydər Əliyevə itfah edilmiş "Sən elə bir zirvəsən" mahnısını ifa ediblər. 

Qeyd edək ki, "Sən elə bir zirvəsən" mahnısının musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsusdur. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31