Pınar Altuğun ərinə hücum edən şəxs həbs olundu

Bir müddət əvvəl teleaparıcı və aktrisa Pınar Altuğun həyat yoldaşı, aktyor Yağmur Atacan silahlı hücuma məruz qalmış, ancaq xoşbəxtlikdən zərər görməmişdi.  Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Y.Atacana atəş açan Qalib Topsuz adlı adam həbs olunub. Saxlanılan şəxs istintaqda Pınar Altuğun fanatı olduğunu, Atacanı da buna görə vurduğunu söyləyib. Özünü Hz. Mehdi, Y.Atacanı isə dəccal adlandıran Qalib Topsuz aktrisa ilə evlənmək istəyirmiş. Topsuzun vəkili, müştərisinin psixoloji problemləri olduğunu deyib və cəza tətbiq olunmamasını istəyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31