Məşhur amerikalı müğənni Bakıya gəlir

Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə  rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı həmin gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək. Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb. Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və "KİSS" qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31