Ancelina Coli xəstəliyindən danışdı

Xərçəng xəstəliyinə tutulma riski ilə üz-üzə qalan məşhur Hollivud aktrisası Ancelina Coli ilk dəfə sinə əməliyyatından sonrakı həyatı haqqında danışıb. Axşam.az xəbər verir ki, "Entertainment Weekly" jurnalına müsahibə verən 38 yaşlı ulduz çox xoşbəxt olduğunu deyib: 

"Hər şey möcüzə kimi baş verdi. Şanslıyam ki, yaxşı həkimlərim var idi. Bu səbəbdən getdikcə yaxşılaşdım". Coli əməliyyatdan sonra daha uğurlu layihələrə imza atdığını vurğulayıb. 

Özünü həm də rejissor kimi sınayan Ancelina bu əməliyyatın başqa insanları anlamasına da kömək olduğunu deyib: "Dünyanın harasına getsəm, ilk olaraq qadınlarla sinə xərçəngi ilə bağlı danışıram. Kişilərlə də qızlarının və həyat yoldaşlarının sağlamlığı haqqında söhbətləşirik. Özümü insanlara daha yaxın hiss edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31