Nejat İşler yenə əməliyyat oldu
"Müalicəsi normal otaqda davam edir, amma aramıza qayıtmağı üçün hələ tezdir"
7 Mart 2014 19:46 Mədəniyyətİstanbulda müalicəsinə davam edilən Nejat İşler yenə əməliyyat olunub. İstanbulda Amerikan xəstəxanasında müalicə olunan aktyor Nejat İşlerin səhəti barədə yeni məlumat yayılıb. "Canım dostum Nejat İşlerin yanına gəldim. Hələ heç kimlə görüşməyə icazə vermirlər. Dünən yenidən əməliyyat olub. İnşallah, tezliklə sağalar" -deyə, məşhur aktrisa Nurgül Yeşilçay "Twitter" hesabından yazıb. Digər aktrisa Ceyda Düvenci də ötən gecə rəqqas sevgilisi Can Tunalı ilə Nişantaşında görüntüləniblər. İstanbulda Amerikan xəstəxanasında müalicə alan Nejat İşlerin tez-tez yanına getdiyini bildirən məşhur aktrisa İşlerin sağlamlıq vəziyyətiylə əlaqədar suala belə cavab verib: "Nejat əslində mənim yox, Canın çox yaxın dostudur. Mən də onu tez-tez ziyarət edirəm. İndi çox yaxşı vəziyyətdədir. Müalicəsi normal otaqda davam edir, amma aramıza qayıtmağı üçün hələ tezdir". ans