Məşhur aktyor çılğına döndü: "Məni ələ salıbsınız?!"
6 Mart 2014 18:46 MədəniyyətTürkiyənin məşhur aktyorlarından biri, 66 yaşlı Sümer Tilmaç ona təklif edilən qonorarın məbləğini biləndə çılğına dönüb, sinirlənib.AHT bildirir ki, "TMC Film" studiyasının çəkdiyi "Aramızda kalsın" teleserialından təklif alan aktyor deyib: "Serialda gimnastika məşqçisini oynamağımı istəyirdilər. Bir neçə seriyada çəkilməliydim. Hər seriyaya da 1500 lirə verəcəkdilər. Onlara dedim ki, mənə ələ salıbsınız?! Kıvanc Tatlıtuğun 65 min lirə aldığı yerdə bu nə puldur? Peşəsinə illərini vermiş bir insana 1500 lirə təklif etmək sayğısızlıqdır. Əcəba, "ölümünə az qalıb" düşünürlər onlar? Ölməmişik, ayaqdayıq". Sümer Tilmaç ötən ay ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31