Rianna moda şousunda parladı
6 Mart 2014 18:44 MədəniyyətAdel Eksarçopulos, Lea Seydu, Marqo Robbi, Rianna, Lupita Nyonqo, Elizabet Olsen, Bella Hizkot, Elle Fenninq... Onlar Parisdə keçirilən "Paris Fashion Week" Moda Şousunda birlikdə idilər. Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Rianna Parisdə olarkən rəfiqələri ilə bir araya gəlib. Parisə çatanda, Şarl de Qoll hava limanını tərk edəndə 26 yaşlı müğənnini yüzlərlə fanatı qarşılayıb. Daily Mail bildirir ki, "Miu Miu", "Chanel", "Dior", "Stella McCartney" və "Givenchy" brendlərinin yeni kolleksiyalarına tamaşa edən Rianna tək deyildi. Şounun qonaqları arasında "Oskar" mükafatları laureatları Lupita Nyonqo və Cared Leto, habelə Devid Bekhem və onun xanımı Viktoriya da vardı. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31