Bu il Azərbaycanda 13 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə lisenziya verilib

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanvar və fevral ayları ərzində 13 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin obyektlər "Mont İnn", "Karat İnn", "Terrace-Quba", "Anatolia", "Modern Hotel", "Səma" mehmanxanaları, "Şamaxı" moteli, "Kardinal" istirahət mərkəzi, "Kainat" moteli, "SP" moteli, "Elit-N" mehmanxanası, "Çoban Bulaq" və "Dəniz" istirahət mərkəzləridir.

Müəssisələrə lisenziyalar "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a uyğun verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31