Türk serialının çəkilişində "maraq" problemi
6 Mart 2014 19:00 MədəniyyətTürkiyənin ATV telekanalında nümayişi gələn həftə başlanacaq "Kara para aşk" teleserialının çəkilişlərində dünən ciddi problemlər yaşanıb. AHT bildirir ki, Feryal Gülmanın villasında günü 10 min lirə kirayə pulu ödənərək çəkilən ilk seriyada vətəndaşların ifrat marağı çəkilişlərə ciddi maneələr yaradıb. Teleserialda baş rollarda Tuba Büyüküstün, Engin Akyürek və Nebahat Çehre oynayırlar. Bebek Caddəsində, villanın qapısı önündəki səhnələrin çəkilişləri zamanı əllərində smartfon tutmuş vətəndaşlar zorla kənarlaşdırılıblar. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31