Bülənt Ərsoy Ajda Pekkanla barışdı

Türkiyəli müğənni Bülənt Ərsoy və Ajda Pekkan barışıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl A. Pekkan ona "ucube" (həddən artıq çirkin) dediyi üçün "diva"nı məhkəməyə vermişdi. B. Ərsoy açıqlama verərək həmkarının könlünü alıb:
"O sözü hirsləndiyim üçün demişdim. Ajda çox böyük sənətkardır. Hələ də həvəskar müğənnilər kimi Ərdəm Siyavuşgildən dərs alır. Başqası olsa, bunu özünə sığışdırmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31