“Aktyorlarımın hansı şәraitdә çalışdıqlarını görәndә xәcalәt çәkirәm”

Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltan teatrdakı vəziyyətdən gileylənib. Aktyor bu haqda Facebook sosial şəbəkəsində belə yazıb: "Mәn aktyorlarımın hansı şәraitdә çalışdıqlarını görәndә xәcalәt çәkirәm, xәcalәt. Bunun bir sonu olmalıdı ya yox? Bu münasibәtin fonunda hәlә sevgi dә istәnilir. Mәmurların içindә o qәdәr bu dövlәtә, dövlәtçiliyә düşmәn olanı var ki...65 nәfәr dә 14 kv.metr yerdә işlәyә bilәr?". İ.Soltan hazırda 13 tamaşa üzərində işlərin davam etdiyini də qeyd edib: "Qәhrәmanlarla bu günlәrdә paralel olaraq 13 tamaşa işlәnilir". Problemlə bağlı Mədəniyyət və Turizm Nazirliyindən də münasibət öyrənməyə çalışacağıq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31