Dəmət Akalın bir ayda 15 kiloqram arıqlayıb

Bir ay əvvəl ana olan türkiyəli müğənni Dəmət Akalın səhnəyə qayıtmağa hazırlaşır. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi şənbə günü İstanbulda konsert verəcək. D. Akalın aprelin 23-də təqdim edəcəyi "Rekord" albomundan bir neçə mahnını da bu tədbirdə səsləndirəcək. "Səhnə və dinləyicilərim üçün çox darıxmışam. Həyəcanlıyam. Hamilə olarkən 31 kiloqram kökəlmişdim. Qızım doğulduqdan sonra 15 kiloqram çəki atmışam. Yenə də arıqlayacağam". Qeyd edək ki, iş adamı Okan Kurtla evli olan D. Akalın fevralın 4-də Hira adlı qızını dünyaya gətirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31