Şantaj etdi, ailəsini girov götürdülər VIDEO
5 Mart 2014 11:51 MədəniyyətXocalı soyqırımının ildönümüylə əlaqədar ötən həftə efirə getməyən, tamaşaçıların hər yeni bölümünün yayımını səbirsizliklə gözlədiyi "Toy gecəsi" bədii televiziya serialının bu gün axşam yayımlanacaq 21-ci bölümündə də bir sıra maraqlı hadisələr baş verir. Beləki, Cahan onu oğlu Elnurla evləndirmək istədiyini Səbinəyə söyləyir. Elnuru qardaş gözündə gördüyünü, bu məsələnin heç zaman baş tutmayacağını deyən Səbinə Cahanın təklifini rədd edir. Cahan isə niyyətində israrlıdır. Tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Muradla Səbinə həm bu məsələni, həm də Aslanın dediklərini - Cahanın Səbinəni öldürtmək niyyətində olduğunu müzakirə edirlər. Murad bir sıra qərarlar qəbul edir. Muradın nişandan imtina etməsi Mələklə Fuad arasında böyük bir gərginliyə səbəb olur. Dolayısıyla da olsa, Fuad Muradı müdafiə edir. Fəridlə Aygün arasında bir eşq macərası başlayır. Rza Aslanın qardaşı Cəlili öldürdüyü məqamı özündə əks etdirən diski Zərifəgilə göndərəndən sonar da sakitləşmir. O, yenidən Aslana zəng edir. Bildirir ki, əgər Aslan axşama qədər 200.000 manat verməsə, diksin daha bir nüsxəsini polisə göndərəcək. Nəinki planları alt-üst olan, eyni zamanda hər an həbs olunmaq təhlükəsiylə üz-üzə dayanan Aslan bütün yollara əl atır. Hətta oğlu Kərimi də öz çirkin oyunlarına qatır. Aslan qurtulmaq üçün sonda onu şantaj edən Rzanın ailəsini girov götürmək qərarına gəlir. Məhz bu addım Aslanın sonu ola bilər.
Bu və digər hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, "Toy gecəsi" bədii televiziya serialının intriqa dolu 21-ci bölümünü bu gün axşam saat 18.50-də ATV kanalında izləməyi unutmayın.