Sinəm Kobal eşq iddialarına cavab verdi

Türkiyəli aktrisa və model Sinəm Kobal haqqında yayılan şayiələrə münasibət bildirib. Axşam.az xəbər verir ki, futbolçu Arda Turanın nişanlısı yerli telekanallardan birinə telefonla bağlanaraq yeni eşq macərası yaşaması barədə məlumatları təkzib edib: "Bu xəbər qətiyyən doğru deyil. Bir azdan təyyarəyə minəcəyəm. Ümumiyyətlə, şəxsi həyatımla bağlı heç zaman açıqlama vermirəm. Amma bunu bildirməyi vacib bildim. Muradla aramızda heç bir yaxınlıqdan söhbət gedə bilməz".
Qeyd edək ki, S. Kobalın 10 gün əvvəl tanış olduğu iş adamı Murad Akdoğanla münasibət qurduğu iddia edilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31