Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçiriləcək
4 Mart 2014 16:11 MədəniyyətAzərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçiriləcək. Qeyd edək ki, Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabr ayında mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu, fəal ictimai xadim kimi tanındığı evdə yerləşir.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə S.Vurğunun həyatı, yaradıcılığı və ictimai fəaliyyətini əks etdir