Sevgilisinin Rihannanı nə üçün döydüyü məlum oldu
4 Mart 2014 19:43 MədəniyyətÜç aydır reabilitasiya mərkəzində olan müğənni Kris Brauna həkimlər tərəfindən yeni diaqnoz qoyulub. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçının bipolyar pozğunluqdan əziyyət çəkdiyi məlum olub. Krisin bu səbəbdən çox aqressiv və təcavüzkar olduğu bildirilib.
Bir neçə il əvvəl məşhur müğənni Rihanna ilə birlikdə olan və onu döyən K. Braun bu səbəbdən məhkəməyə çıxıb. Lakin onun ruhi sarsıntıları nəzərə alınaraq həbs cəzası verilməməsi qərara alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31