Gənc ifaçıların konserti keçirilib
4 Mart 2014 15:28 MədəniyyətSəbail rayonu, Rəşid Behbudov adına 2 saylı onbirillik musiqi məktəbi şagirdlərinin R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində konserti keçirilib. Tədbirin sonunda məktəbin məzunu Sadıq Məlikovun ifasında Rəşid Behbudovun repertuarından mahnılar səslənib. Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko da tədbirdə iştirak edib. Məktəbin direktoru Qəmər Quliyeva qonaqlara öz minnətdarlığını bildirərək bu kimi konsert proqramlarının rayondakı digər mədəniyyət ocaqlarında da mütəmadi olaraq keçiriləcəyini bildirib. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31