8 marta həsr olunmuş “Gözəllik nuru” sərgisi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qadınların bayramına həsr olunan tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan qadınlarının yaradıcılığı təbliğ olunur, qadınlara həsr edilən sənət əsərlərinin nümayiş edilir və digər bədii tədbirlər keçirilir. "Gözəllik nuru" sərgisinin təşkilində əsas məqsəd qadın rəssamların yaradıcılığının təbliği, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunmasıdır. Sərginin şərti olaraq "Gözəllik nuru" adlandırılması təsadüfi deyil. "Qadın" sözü bizim təsəvvürümüzdə məhz "gözəllik" anlayışı ilə eyniləşir. Demək ki, dünyada nə qədər gözəl qadın varsa, bu gözəlliyin sirli nuru da bir o qədər parlaqdır.
Sərgidə qadın rəssamlarımızın Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri ilə yanaşı Muzey Mərkəzinin kolleksiyası və ayrı-ayrı rəssamların qadınlara həsr olunmuş əsərləri nümayiş olunacaq. Tamaşaçılara Sərgidə 78 müəllifin 100-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və batika əsəri, "Kukla" ART Qalereyasının kolleksiyasına aid olan müəllif nümunələri təqdim ediləcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31