“Mirzə Fətəli Axundzadə ensiklopediyası” hazırlanır

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə institutun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi-tədqiqat müəssisəsində hazırlanan "Mirzə Fətəli Axundzadə ensiklopediyası" üzrə nəzərdə tutulan materialların işlənilməsi, nəşrə hazırlıq vəziyyəti barədə danışıb.
İsa Həbibbəyli adıçəkilən ensiklopediyanın hazırlanması işində əldə olan qaynaqlardan yalnız mənbə kimi istifadə edilərək yenidən yazılmasını, ölkəmizdəki mövcud sənədlərlə bərabər Gürcüstan və Rusiya arxivlərində də bu məqsədlə aparılacaq işin vacibliyini önə çəkib, yaradılan İşçi Qrupuna lazımi göstəriş, tapşırıq və tövsiyələrini verib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31