"Oskar"ın aparıcısı "Twitter"də bunu da etd
4 Mart 2014 10:31 MədəniyyətHamının maraqla gözlədiyi "Oskar" mükafatlarının təqdimetmə mərasimində rekord qeydə alınıb.ANS PRESS-in xəbərinə görə, builki "Oskar" mərasimini aparan məşhur komediyaçı Ellen DeCeneresin paylaşdığı şəkil "Twitter"də 2 saat ərizndə 2 milyon dəfə tvitlənərək yeni bir rekord ortaya çıxarıb.Bazar günü gecəsi Los Ancelesdə təşkil edilən "Oskar" mükafat mərasimində Ellen DeCeneresin ətrafında toplanan bir qrup tanınmış Hollivud ulduzunun da yer aldığı həmin şəkli komediya ustası Bredli Kuper çəkib. DeCeneres isə "Twitter"-də paylaşdıqdan 2 saat sonra 2,1 milyon dəfə təkrar twitlənib.Xatırladaq ki, əvvəlki rekord prezident Barak Obamanın 2012-ci ildə yenidən prezident seçilməsindən sonra "Twitter"ə qoyduğu şəkilə aid idi. Obamanın şəkli 780 min dəfə paylaşılmışdı.Kuper və DeCeneresin də olduğu bu şəkildə, həmçinin Cared Leto, Cennifer Laurens, Meril Strip, Bred Pitt, Ancelina Coli, Lupita Nyonqo, Culia Roberts və Kevin Speysi kimi məşhurlar var. Şəkildə olanlar 11 "Oskar" mükafatı alıb.Onu da qeyd edək ki, sözügedən şəkil çox sayda istifadəçinin "Twitter"i eyni anda istifadə səbəb olub və nəticədə sayt tələbi qarşılamaqda çətinlik çəkib, yarım saat müddətində dayanmalar olub.