Torpaq sahəsi zəbt edilən müğənni “Düz üzünə” verilişində danışdı

Aclıq aksiyası boş yerə deyilmiş... Respublikanın əməkdar artisti Firuzə İbadova aldadıldı. Müğənniyə məxsus torpaq sahəsi zəbt edildi. Müğənni aldadılaraq sənədlərə imza atdı və ona məxsus torpaq sahəsi... Bütün bunlara Firuzə İbadova İradə İsaqın "Düz üzünə" verilişində aydınlıq gətirdi. Həyat yoldaşının verdiyi əzablardan, hamiləliyini yarımçıq kəsməyə qərar verdiyi o acı anlardan danışan müğənni Cavanşir Məmmədovla münasibətlərinə də aydınlıq gətirdi. Nədən azadlığa çıxan müğənninin bacısı Rəhilə İbadova dözməyərək hər şeyi "Düz üzünə"nin kamerasına danışmağa məcbur oldu? Jurnalistlərin hansı kəskin ittihamları Firuzə İbadovanı özündən çıxartdı? Onun aclıq aksiyası davam edirmi? Torpaq sahəsinin zəbtində hansı məmurun qohumlarının adı hallanır? Bu və digər suallara cavabı martın 4-də saat 21:40-da ATV kanalında tapa bilərsiniz. Baxmağa dəyər... ("OLAYLAR"). 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31