Aktrisa oğluna ev aldı

Aktrisanın yeni evi Ortaköydə yaşıllıqlar içində olan ikimərtəbə villadır

Məşhur Türkiyəli aktrisa Nurgül Yeşilçay oğlunun rahatlığı üçün yeni ev alıb. Məşhur aktrisa Nurgül Yeşilçay Bebekdəki Boğaz mənzərəli evini məzar mənzərəli evə dəyişib. Belə ki, Nurgül Yeşilçay ayrıldığı rejissor sevgilisi Tolga Karaçelikin də yaşadığı Bebekdə 9 min lirə (3 000 manat) kirayə ödədiyi Boğaz mənzərəli evindən Ortaköydə lüks bir villaya köçüb. Aktrisanın yeni evi Ortaköydə yaşıllıqlar içində olan ikimərtəbə villadır. O, yeni ev almasının səbəbkarı oğlu Osman Nejat olduğunu açıqlayıb. Oğulunun kompüter başında böyüməsindən narahat olan aktrisa bu narahatlığını "Twitter"dən bu cür dilə gətirib:
"Uşaq üçün yaşıllıqlar içində bir evdən yaxşı heç nə yox imiş. Uşaq yola baxan evdə "ipad"lə oynayaraq onda piylənmə gedəcəkdi. İndi küçədə yoldaşlarıyla oynayır". Qeyd edək ki, Nurgül Yeşilçay yeni evini 2 milyon 500 min türk lirəsinə (880 000 manat) satın alıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31