Özcan Dəniz Belçika gözəli ilə sevgilidir

Türkiyənin tanınmış müğənnisi Özcan Dənizin model Ayşə Özdəmirlə münasibət qurduğu iddia edilir. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ilə keçmiş Belçika gözəlinin adı tez-tez birgə çəkilir. Sənətçi bir müddət əvvəl sabiq həyat yoldaşı, futbolçu Öndər Turacı tərəfindən döyüldüyünü açıqlayan modelə dəstək olub. Daha sonra Özcanın 22 yaşlı modeli Avşar Filmə göndərdiyi və "Karagül" serialının heyətinə daxil etmək üçün səy göstərdiyi məlum olub.

Tərəflər şayiələrə münasibət bildirməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31