Ramiz Məlikin dəfn yeri açıqlandı
14 Dekabr 2023 11:05 MədəniyyətXalq artisti Ramiz Məliklə vida mərasimi bu gün saat 13:00-da Heydər Məscidində baş tutacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xalq artisti 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də 80 yaşında vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31