“Ədəbiyyat və incəsənət” portalı Türk dünyasının media mükafatına layiq görüldü - FOTO
10 Dekabr 2023 18:34 MədəniyyətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki, dekabr ayının 10-da Türk dünyasının mədəniyyət paytaxtı Şuşa möhtəşəm bir tədbirə evsahibliyi etdi. Azərbaycanın mədəniyyət naziri Anar Kərimlinin, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamradovun, digər rəsmi şəxslərin iştirak etdikləri tədbirdə 2023-cü mədəniyyət ilinə yekun vuruldu və Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı estafetini Türkmənistanın Anev şəhərinə verdi.
Tədbirdə 2023-cü il ərzində Türk dünyası mədəniyyətinə töhvə verən media qurumları TÜRKSOY-un media mükafatlarına layiq görüldülər. Azərbaycandan mükafat "Ədəbiyyat və incəsənət" portalına təqdim olundu.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31