Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 40-cı ildönümünə həsr olunan bədii-sənədli film "Mədəniyyət" kanalında yayımlanıb - VİDEO
9 Dekabr 2023 12:52 MədəniyyətŞimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 40-cı ildönümünə həsr olunan bədii-sənədli film 8 dekabr saat 20:00-da "Mədəniyyət" kanalında yayımlanıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, "Sülh adası" bədii-sənədli filmi Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 40-cı ildönümünə həsr olunub. Film iki hissədən ibarətdir.
İzləyicilər filmdə həm Şimali Kiprin görməli məkanlarına, həm də tarixi abidələrinə tanıqlıq edəcəklər.
Filmin ideya müəllifi və layihə rəhbəri Mahir Qəribov, ssenari müəllifi və aparıcı Turan Uğur, rejissor Bəhram Yaqublu, quruluşçu operator Ramil Qoca, musiqi tərtibatçısı Mehparə Nəcəfovadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31