Bir gündə Azərbaycanın iki tanınmış siması vəfat etdi - FOTO

 

Azərbaycan elminə ağır itki üz verib.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin uzun illər müdiri olmuş, "Şərq fəlsəfəsi problemləri" adlı beynəlxalq elmi-nəzəri jurnalın baş redaktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə 89 yaşında vəfat edib.

Qeyd edək ki, Z.Quluzadə 1932-ci il martın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Postsovet ölkələrinin elmi mühitində nüfuzlu alim kimi tanınan Zümrüd Quluzadə 2010-cu ildən Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü seçilib. Zümrüd Quluzadənin elmi yaradıcılığı ölkə ictimaiyyəti və Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən daima yüksək qiymətləndirilib. O, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

***

Xalq artisti Teymur Mirzəyev 85 yaşında vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Teymur Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. 1961-ci ildə "Qaya" Dövlət Ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub. T.Mirzəyev dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təbliğ edib. Uzun müddət İsraildə yaşayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31