Xədicə Sənanqızından səhhəti ilə bağlı AÇIQLAMA
25 Sentyabr 2021 22:40 MədəniyyətYerli mətbuatda aparıcı Xədicə Sənanqızının səhhətində problemlər yaranması ilə bağlı xəbərlər yayılıb.
Bu haqda BAKU.WS-ə açıqlama verən aparıcı səhhətinin yaxşı olduğunu bildirib:
"Səhhətimdə heç bir problem yoxdur. Sadəcə olaraq aparıcısı olduğum "Gün başladı" proqramına məşqçi xanım dəvət etmişdim. Ona idmanla bağlı bir- iki sual verdim. Dedim bir dəfə idman edəndə onurğamda problem yaranmışdı. Bundan sonra idman edə bilmədim. Amma səhhətim yerindədir".
Qeyd edək ki, mətbuatda aparıcının səhhətində problemlər yarandığı və buna görə həkimin ona idmanı qadağan etdiyi haqqında məlumatlar yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31