Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunacaq
11 Sentyabr 2021 10:25 Mədəniyyət"Biz bu ilin yanvarında Prezidentlə olan görüşümüzdə razılığa gəldik ki, 2022-2023-cü illərdə Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan edək".
Olaylar.az xəbər verir ki, bunu REAL-a müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev deyib.
O bildirib ki, Şuşa bütün Türk dünyası üçün əsas şəhər olacaq:
"Biz hazırda bu istiqamətdə böyük proqram hazırlayırıq. Böyük tədbirlər keçirəcəyik. Buraya mədəni tədbirlər, o cümlədən, mədəni xarakterli konfranslar daxil olacaq.
Amma ən əsası, Şuşada dağıdılmış mədəni obyektlərin müştərək səylərimizlə bərpasına hazırlaşırıq. Bu prosesdə Türk Şurasının himayəsi altında olan bütün üzv ölkələr iştirak edəcək".
Olaylar.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.
Məlumatda daha 9 insanın xəsarət aldığı bildirilir.
Qəzet bildirib ki, azı 10 avtomobilə ziyan dəyib. Təbii hadisə digər mülki infrastrukturlara da ziyan vurub.